Saytdan istifadə qaydaları

Oneclick.az saytı biznes informasiya portalı Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların kataloqunu təqdim edir və məlumatlandırma funksiyasını daşıyır. Saytımız kataloqda göstərilən sahələr üzrə xidmət/məhsulun satışını həyata keçirmir, Oneclick.az xidmət/məhsulun satıcısı və alıcısı arasında etibarlı körpü rolunu oynayır. Əsəs məqsədimiz uyğun xidmət və məhsul təqdim edən şirkətləri bir araya toplayaraq, iştifadəçilərin istənilən sahə üzrə axtarışını asanlaşdırmaqdır. Həmçinin, Oneclick.az portalında məlumatların doğruluğu və yoxlanılmış olmasına böyük önəm verildiyi üçün, Top və Marketinq menecerlər, CEO və PR menecerlər, Satış üzrə menecer və s. şəxslər biznes araşdırmalarını saytımızda göstərilmiş məlumatlar üzərindən apara bilərlər.

Axtardığınız xidmət və ya məhsulu kataloqun uyğun bölməsində şirkətləri taparaq, seçdiklərinizlə əlaqə saxlayaraq xidmət və ya məhsul ilə bağlı yaranan suallarınıza cavab tapa, xidmət/məhsul əldə edə bilərsiniz. Seçiminizi maksimal asanlaşdırmaq və sürətləndirmək üçün rahat filtrasiya, axtarış, reytinq və rəylər sistemi də hər zaman köməyinizdədir. Eləcə də, sizin xidmət və məhsulları ilə tanış olduğunuz şirkətlər barədə rəylər yazmaq və ulduz qoyaraq reytinq artırmağınız gələcəkdə digər ziyarətçilərin axtarışlarını asanlaşdıra bilər.

Şirkətinizi kataloqumuza əlavə etmək istəyirsinizsə saytda qeydiyyatdan keçərək  "Şirkət əlavə et" düyməsindən istifadə edə bilərsiniz. Əlavə etdiyiniz məlumatlar saytın administrasiyası tərəfindən ən tez zamanda yoxlanılır və şirkətiniz kataloqun uyğun kateqoriyasına daxil olunur. Şirkətiniz kataloqumuzda artıq yer aldığı halda şirkətiniz haqqında məlumatların idarəedilməsi səlahiyyətinizə verilə bilər. Bunun üçün saytımızda şirkətin rəsmi e-mail ünvanı ilə qeydiyyatdan keçməyiniz və Bizimlə Əlaqə bölməsindən bizə müraciət etməyiniz xahiş olunur.